Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 08:05

Mədəniyyət və Turizm Nazirliyi Müsavat Partiyasına cavab verəcək


Qurumun sözçüsü «Media forum» saytına belə deyib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə məktub göndərib. Məktubda Opera və Balet Teatrında Müsavat Partiyasının qurultay keçirməsinə şərait yaradılması istənilir.

Məktuba nə zaman və necə cavab veriləcək? Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib: «Yaxın günlərdə cavab veriləcək. Amma biz məktubları mətbuat vasitəsilə cavablandırmırıq. Cavabı məktub aldığımız ünvana göndəririk».

Müsavat Partiyası qurultayına yer ayırması üçün bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Meriaya son müraciətdə Müsavat Opera və Balet Teatrını istəyib. Bakı Şəhər İcra Hakimiyyəti teatrın Mədəniyyət və Turizm Nazirliyinin balansında olduğunu bildirib və nazirliyə üz titmağı məsləhət görüb.
XS
SM
MD
LG