Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:04

Azərbaycanda bəzi dərmanların satışına qadağa qoyulur


Azərbaycan Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Şurasının aprelin sonu, mayın əvvəlində keçirilməsi nəzərdə tutulan iclasında «Bor turşusu» adlanan dərman və qatifloksasin tərkibli antibiotiklərin ölkə ərazisində istifadəsi, satışı və idxalına qadağa qoyulması məsələsi müzakirə ediləcək. Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, həmin iclasda bu dərmanların idxalı, satışı və istifadəsi ilə bağlı qərar qəbul olunacaq.
«Bor turşusu» və qatifloksasin tərkibli antibiotiklərin istifadəsi, satışı və idxalına qadağanın qoyulması zərurəti həmin dərmanların insan orqanizminə mənfi təsirlərinin çox olması ilə bağlıdır.

Hazırda yüksək toksikliyi olduğu üçün Azərbaycanda «Bor turşusu» müəyyən məhdudiyyətlərlə istifadə edilir.

Nazirlikdən bildirilib ki, ötən ilin sonunda Azərbaycanda ABŞ istehsalı olan, subitramin tərkibli, arıqlamaq üçün nəzərdə tutulan «Miridia», şəkər xəstələri üçün nəzərdə tutulan rosiqlitazon tərkibli «Avandiya» və «Avandamed» dərmanlarının dövlət qeydiyyatı ləğv edilib. Həmin dərmanların Azərbaycanda istifadəsi, satışı və idxalı qadağan edilib.
Adıçəkilən dərmanların istifadəsinə bu yaxınlarda Avropa ölkələrində də qadağa qoyulub.
XS
SM
MD
LG