Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:58

Seif al-Islama həbsdə hücum olub


Keçmiş Liviya lideri Muammar Qaddafinin oğlu Seif al-Islama həbsdə hücum olub. Bu haqda Beynəlxalq Cinayət Məhkəməsinin rəsmisi Xavier-Jean Keita məlumat verib. O, hücumun təfərrüatları haqda ətraflı məlumat verməsə də bunun fiziki hücum olduğunu bildirib.

Seif al-Islam hazırda Tripolidən 180 kilometr aralıda yerləşən Zinten şəhər həbsxanasında saxlanılır.

Beynəlxalq Cinayət Məhkəməsi Seif al-Islamın verilməsini tələb edir. Liviya hakimiyyəti isə onun Liviyada mühakimə olunmasını istəyir.

Seif al-Islam keçən ilin noyabrında həbs olunub. O vətəndaş müharibəsi dövründə insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunur.
XS
SM
MD
LG