Keçid linkləri

2026, 14 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:07

İranda hüquq müdafiəçisi azadlıqdan məhrum edilib

İranda tanınmış hüquq müdafiəçisi Mənsurə Bekiş 4 il yarım azadlıqdan məhrum edilib. O dövlət əleyhinə təbliğatda, milli təhlükəsizlik əleyhinə çıxışlarda ittiham olunur.

Mənsurə Bekiş 2009-cu ildə hökumət əleyhinə keçirilən aksiyalarda ölən, həbs olunan və itkin düşənlərin analarını birləşdirən hüquq müdafiə təşkilatı yaratmışdı.

Artıq bir neçə beynəlxalq hüquq müdafiə təşkilatı İran hakimiyyətindən Bekişi azadlığa buraxmağı tələb ediblər.
This item is part of
XS
SM
MD
LG