Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Əli İnsanov əfv ərizəsi yazmaq fikrində deyil


«Əli İnsanov heç vaxt əfv ərizəsi yazmaq fikrində olmayıb və indi də belə bir fikri yoxdur».

Bunu sabiq Səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev deyib. O, aprelin 5-də 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq nazirlə görüşüb. Həmin görüşdə Əli İnsanov əfv ərizəsi yazmayacağını bir daha xatırladıb.

Ona əfv ərizəsi yazmaq üçün təzyiqlər olunması barədə yayılan məlumatları isə vəkil təsdiqləməyib:

«Mən 13 saylı cəzaçəkmə müəssisəsində onunla görüşdüm. Səhhətində hər hansı problem yoxdur, özünü yaxşı hiss edir. Ona hər hansı təzyiq olunması ilə bağlı mənə bir söz demədi».

Əli İnsanov keçmiş prezident Heydər Əliyevin silahdaşlarından, hakim Yeni Azərbaycan Partiyasının qurucularından olub.

2005-ci ildə Səhiyyə naziri postunda çalışarkən dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib.

Sonradan korrupsiyada, vəzifə səlahiyyətlərini aşmada təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG