Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 07:58

«Texnikabank» əməkdaşı həbsdə qaldı


Apelyasiya məhkəməsi «Texnikabank»ın Yasamal filialının müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun vəkillərinin şikayətini təmin etməyib.

Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsində keçirilən qapalı prosesdə vəkillər Elnur Seyidov barəsində çıxarılan həbs qərarının dəyişdirilməsini istəyiblər. Məhkəmə şikayəti təmin etməyib.

Bu barədə AzadlıqRadiosuna Elnur Seyidovun vəkili Əsabəli Mustafayev məlumat verib. Vəkilin dediyinə görə, onlar Səbail Rayon Məhkəməsinin Elnur Seyidov barəsində çıxardığı üç aylıq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsini istəyiblər.

Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. MTN təcridxanasında saxlanılan bank əməkdaşı Cinayət Məcəlləsinin dələduzluq maddələri ilə ittiham olunur.

Elnur Seyidov isə ittihamları qəbul etmir, həbsini siyasi məsələ sayır. Bildirir ki, onun həbsi AXCP sədri Əli Kərimlinin yaxın qohum olması ilə bağlıdır.

Elnur Seyidovun hüquqlarını 3 vəkil müdafiə edir.
XS
SM
MD
LG