Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:39

Lavrov : " Beynəlxalq aləm Qarabağ münaqişəsinin həllində birdi"


Sergey Lavrov
Sergey Lavrov
Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadın olmaması Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəblərindən biridir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Bakıda Moskva Dövlət Universiteti filialının tələbələri qarşısında çıxış edərək bildirib.

O həmçinin qeyd edib ki, digər münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağ məsələsində beynəlxalq fikir ayrılığı yoxdur.

Bu unikal vəziyyətdir və ondan istifadə etmək lazımdır. Lakin əsas qərarı münaqişə tərəflərinin özləri verməlidir-deyə o vurğulayıb.
XS
SM
MD
LG