Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

Alain Delon ürəyindən əməliyyat olunub


Fransalı kino ulduzu Alain Delon ürəyindən əməliyyat edilib.

76 yaşlı aktyor Fransa mətbuatına əməliyyatın qısa olduğunu və özünü yaxşı hiss etdiyini deyib.

Alain Delon ürəyində problemin bu yaxınlarda peyda olduğunu və əsəb gərginliyi ilə bağlı olduğunu deyir.

O xüsusilə 17 yaşlı oğlunun məhkəməsindən narahat olduğunu deyir.

Aktyorun oğlu odlu silahla 1 nəfəri yaralamaqda ittiham olunur.

Alain Delon karyerası dövründə 100-ə yaxın filmə çəkilib.
XS
SM
MD
LG