Keçid linkləri

2017, 23 May, çərşənbə axşamı, Bakı vaxtı 15:13

«Azərbaycan macar gənclərinin gözü ilə» necə görünür?


«Azərbaycan macar gənclərinin gözü ilə» kitabı
Budapeştdə «Azərbaycan macar gənclərinin gözü ilə» kitabı çapdan çıxıb.

Xəbəri Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat katibliyi AzadlıqRadiosuna verib.

Kitab Azərbaycanın bu ölkədəki səfirliyi, həmçinin Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə hazırlanıb.

Kitab aprelin 6-8-də Budapeştdə xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin II Beynəlxalq forumu ərəfəsində çapdan çıxıb.

Macarıstanın ali məktəb tələbələri arasında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə keçirilmiş «Mən Azərbaycan haqqında nə bilirəm?» adlı esse müsabiqəsinin materialları əsasında hazırlanıb.

Kitaba ön sözü Gənclər və İdman naziri Azad Rəhimov və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev yazıb.

Kitabda 30-a yaxın elmi məqalə və esse toplanıb.

Araşdırmalar əsasən ingilis, qismən də rus və türk dillərində qələmə alınıb.

Gənc macar tədqiqatçılar Azərbaycanın qədim tarixi, mədəniyyəti, ayrı-ayrı görkəmli ədəbi simaları, təbii sərvətləri və neft siyasəti, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-macar əlaqələri, Avropa dəyərləri və qurumları ilə inteqrasiya haqqında öz həmvətənlərində və həmyaşıdlarında mümkün qədər geniş, obyektiv təsəvvür yaratmağa çalışıblar.

Sonda xəbərdə vurğulanır ki, «Mən Azərbaycan haqqında nə bilirəm?» adlı esse müsabiqəsinin 5 nəfər qalibi bu ilin iyununda Gənclər və İdman Nazirliyinin dəvəti ilə bir həftə Azərbaycanda olacaq, ölkə haqqında bilik və təsəvvürlərini daha da dərinləşdirəcəklər.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG