Ankarada Türkiyənin keçmiş prezidenti, 94 yaşlı Kenan Evrenlə general Tahsin Şahikayanın məhkəməsi davam edir. Səhhətlərindəki problemlərlə bağlı hər iki müttəhim məhkəməyə gətirilməyib. Vəkil Bülent Hayrı Acar ittihamın ləğvini istəyib. Məhkəmə bunu rədd edib.
Genaral Kenan Evren 12 sentyabr 1980-ci il hərbi çevrilişində ittiham olunur. O hərbi çevriliş yolu ilə hakimiyyətə gəlib. 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilib. Həm Evren, həm də Şahinkaya Konstitusiyanı zorla dəyişdirməkdə ittiham olunur.
Minlərlə adam məhkəmə binasının qarşısına yığışıb. Onların çoxu həmin dövrdə edam edilənlərin yaxınları, işgəncə görmüş adamlar, zərərçəkənlərdir.
1980-ci il çevrilişindən sonra Türkiyədə 50 adam edam olunub, yüzlərlə adam həbsxanalarda ölüb, çox sayda itkin düşənlər olub.