Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 04:58

«Avronest» nümayəndələri İctimai Palata rəhbərliyi ilə görüşüb


«Avronest» Parlament Assambleyasının (PA) nümayəndələri aprelin 4-də Müsavat Partiyasının qərargahında İctimai Palata rəhbərliyi ilə görüş keçiriblər.

Görüşdə «Avronest»in vitse-prezidenti, Avropa Parlamentinin üzvü Gerben Jan Gerbrandy və Avropa Parlamentinin deputatı, VVD Partiyasından Jan Mulder iştirak ediblər.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn bildirib ki, görüşdə Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət, İctimai Palata ilə Avropa Parlamenti arasında, Avropa Parlamentinə daxil olan siyasi partiyalar arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Aprelin 2-də «Avronest» Parlament Assambleyasının (PA) 2-ci sessiyası keçirilib.
XS
SM
MD
LG