İran nüvə proqramı ilə bağlı danışıqların Türkiyədə yox, İraqda keçirilməsində maraqlıdır. Bu haqda İran Xarici İşlər Nazirliyindən məlumat veriblər.
Keçən həftə ABŞ dövlət katibi Hillary Clinton bildirmişdi ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan 5 dövlətin (ABŞ, Fransa, Böyük Britaniya, Çin, Rusiya ) və Almaniyanın İranla nüvə proqramı ilə bağlı danışıqları aprelin 13-14-də İstanbulda keçiriləcək.
İranın nüvə proqramı ilə bağlı sonuncu danışıqlar 2011-ci ilin yanvarında keçirilmişdi. Həmin danışıqlar uğursuz olmuşdu.
Qərb İranı nüvə proqramından əl çəkməyə çağırır. İran isə bunun dinc məqsədli olduğunu bildirir.