Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

Türkiyənin 94 yaşlı keçmiş prezidenti məhkəməyə çıxarılır


Kenan Evren
Kenan Evren
Aprelin 4-də Ankarada Türkiyənin keçmiş prezidenti, 94 yaşlı Kenan Evren məhkəmə qarşısına çıxarılır.

General Kenan Evren 12 sentyabr 1980-ci il hərbi çevrilişində ittiham olunur. O, hərbi çevriliş yolu ilə hakimiyyətə gəlib. 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilib.

Onunla birlikdə həmin dövrün sağ qalmış generallarından, 84 yaşlı Tahsin Shahinkaya da məhkəməyə çıxarılır. Onlar konstitusiyanı zorla dəyişdirməkdə ittiham olunurlar.

Həmin dövrdə edam edilənlərin yaxınları, işgəncə görmüş adamlar, zərərçəkənlər məhkəmə binasının qarşısına yığışıb.
XS
SM
MD
LG