Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:00

Əli Həsənov: “Bu, müğənnilərə təzyiqdir, hörmətsizlikdir”


Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsindən:

- «Amnesty İnternational» beynəlxalq təşkilatı «Twitter» sosial şəbəkəsində Azərbaycanda keçiriləcək «Eurovision» mahnı yarışması ilə bağlı yeni kampaniyaya başlayıb. Bunu necə dəyərləndirirsiniz?

- Əlbəttə, biz buna təəssüflənirik. Ümumiyyətlə, təkcə «Amnesty İnternational» təşkilatı yox, bəzi digər beynəlxalq dairələr, hətta bəzi ölkələrdəki müvafiq anti-Azərbaycan dairələri «Eurovision» mahnı yarışmasını – Avropanın nüfuzlu mədəniyyət aksiyasını siyasiləşdirərək özlərinin bu və ya digər məqsədlərini reallaşdırmaq, Azərbaycana bu və ya digər sahələrdə təzyiq göstərmək, Azərbaycanla bağlı indiyə qədər reallaşdıra, həyata keçirə bilmədiyi ayrı-ayrı məqsədlərinə nail olmaq istiqamətində istifadə etməyə çalışırlar.

Əlbəttə, bu, ilk növbədə Avropa Yayım Birliyinə hörmətsizlik, Avropa Yayım Birliyinin bu cür nüfuzlu tədbirini siyasiləşdirərək nüfuzdan salmaq cəhdidir.

Digər tərəfdən, əlbəttə, müsabiqəyə qatılan, qatılmaq hüququ qazanmış müğənnilərə təzyiqdir, onlara hörmətsizlikdir, onların fəaliyyətini siyasiləşdirməkdir.

Bu insanların heç birinin məlumatı yoxdur ki, hansı ölkədə siyasi proseslər necə gedir, bu məsələlərin onlara aidiyyəti də yoxdur.

Onlardan istifadə edərək, özlərinin siyasi və digər təzyiq mexanizmlərini reallaşdırmaq istəyirlər.

Belə hərəkətlər bu tip təşkilatlara, o cümlədən «Amnesty İnternational» təşkilatına başucalığı gətirmir, əksinə, onların siyasiləşməsinə, onların ayrı-ayrı dairələrə bağlanaraq məqsədyönlü subyektiv siyasət yürütməsinə və subyektiv fəaliyyət göstərməsinə bir işarədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG