Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:47

Cənub-Şərqi Asiya ölkələri toplanır



Aprelin 3-də Cənub-Şərqi Asiya ölkələri Assosiasiyası Kambocanın paytaxtında toplantı keçirəcək.

Pnompendəki iki günlük tədbirdə müzakirə olunacaq məsələlər arasında Myanmada islahatlar, Şimali Koreyanın süni peyk buraxma planı və dəniz məsələləri də var.

Filippin və Vyetnam Çini ittiham edirlər ki, o Cənubi Çin dənizi üzərində öz hərbi gücünü nümayiş etdirir.

Çin bu mübahisənin beynəlxalq səviyyəyə çıxmasına etiraz edib, onun fikrincə, bunu ya ikitərəfli qaydada, ya da Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasında müzakirə edə bilərlər.
XS
SM
MD
LG