Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:11

AFFA-nın hakimi Quba hadisəsinə görə həbs edilib


Əshabəli Mustafayev
Əshabəli Mustafayev
Quba Olimpiya Kompleksinin rəsmisi, AFFA Hakimlər Komitəsinin üzvü Akif Əliyev Quba hadisələri ilə əlaqədar həbs olunub.

Bu barədə AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib:

«Onu martın 27-də həbs edib Bakıya gətiriblər. Martın 30-da Nəsimi rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır».

Akif Əliyevə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və yə bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham irəli sürülüb.

GÖRÜŞƏ İCAZƏ VERİLMİR

Əshabəli Mustafayev bildirib ki, təqsirləndirilən şəxsi əvvəlcə dövlət tərəfindən təyin olunan vəkil müdafiə edib:

«Qardaşı gəldi və mənimlə müqavilə bağladı. Aprelin 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə getdim. Amma görüşə icazə vermədilər. Dedilər ki, mən ərizə ilə Baş Prokurorluğa müraciət etməliyəm və orderi göndərməliyəm. Baş Prokurorluq ərizəni və orderi qeydiyyata alıb Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərməlidir. Yalnız bundan sonra görüşə icazə verərlər. Bu isə azı bir həftə vaxt aparır. Heç bir qanunda belə bir tələb yoxdur. Azərbaycan qanunlarına və beynəlxalq qanunvericiliyə əsasən, vəkil istənilən vaxt təqsirləndirilən şəxslə görüşə və istintaq hərəkətlərində iştirak edə bilər».

Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya əvvəlcə dinc xarakterli olsa da, sonra zorakılıqlar baş verib. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun iki villası yandırılıb.

Martın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Rauf Həbibov Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Buna qədər həbs olunanların sayı 11 idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG