Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 14:29

Erməni deputat: «Status-kvo uzun müddət davam edə bilməz»


Vahan Hovannisyan
«Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı status-kvo uzun müddət davam edə bilməz. Əlbəttə, müharibədənsə, sülh yaxşıdır».

«Avronest» Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbəri Vahan Hovhannisyan bunu Bakıda jurnalistlərə bildirib.

Hovhannisyan xatırladıb ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin getdiyi dövrdə Azərbaycan dəfələrlə hərbi büdcəsini artırması barədə bəyanatlar verib:

«Əgər Azərbaycan bununla hücuma hazırlaşırsa, biz də öz müdafiəmizi gücləndiririk. Düzdür, Azərbaycan hər zaman, elə indi də Ermənistandan varlı ölkə olub, ancaq bu, o demək deyil ki, Ermənistan həmişə kasıb qalacaq və öz müdafiəsinə pul ayıra bilməyəcək».

Ermənistan parlamentinin üzvü güzəşt məsələsinə də toxunub:

«Azərbaycan tərəfi dəfələrlə bildirib ki, o, əvvəlki status-kvo vəziyyətinə - münaqişə başlanan dövrə qədərki vəziyyətə qayıtmaq istəyir. Azərbaycan bu münaqişənin yalnız Dağlıq Qarabağın Azərbaycan ərazisi olaraq qalması şərti ilə həllində maraqlı olduğunu bildirir, bunun müqabilində isə hansısa muxtariyyət məsələsindən söhbət açılır. Bununla isə kompromisə getmək mümkün deyil. Ermənistan tərəfi münaqişənin həllində irəliyə doğru addım ata bilər, ancaq o şərtlə ki, Azərbaycan bircə dəfə güzəştə getməyə hazır olduğunu desin».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG