Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 14:10

Rusiyada təyyarə qəzasında ölənlərin ailələrinə kompensasiya verilir

Tümendə təyyarə qəzasında həlak olanların ailələrinə 3 milyon yarım, xəsarət alanlara isə 3 milyon rubl kompensasiya veriləcək.

Bu vəsaiti Tümen hökuməti və Yut eyr hava şirkəti ödəyəcək.

Qəza nəticəsində 31 sərnişin ölüb, 12 nəfər isə ağır yaralanıb.

Təyyarədə 39 sərnişin və 4 heyət üzvü varmış.

Tümendən Surquta uçan ATR-72 markalı təyyarə bir neçə dəqiqədən sonra yerə düşərək yanıb.

İstintaq terror aktı versiyasını istisna edir.

Əsas versiyalar texniki nasazlıq və pilotun səhvidir.
This item is part of
XS
SM
MD
LG