Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Ərəb Dövlətləri Liqası Suriyada qan tökülməsini dayandırmağa çağırıb


Ərəb Dövlətləri Liqasının rəhbəri Nabil al Arabi BMT-nin təhlükəsizlik şurasını Suriyada qan tökülməsini dayandırmaq üçün qəti tədbirlər görməyə çağırıb.

O belə bir bəyanatla İstanbulda keçirilən büynəlxalq konfransda çıxış edib.

Toplantıda ABŞ Dövlət katibi Hillary Clinton da iştirak edir.

O konfransda çıxış edərkən bildirib ki, Suriyada hərbi əməliyyatların davam etdirilməsi
Bashar Assad rejiminin bir daha verdiyi vədi pozmasını göstərir.

Suriya hakimiyyəti BMT-nin xüsusi elçisi Kofi Annanın sülh planını qəbul etdiyini bəyan etsə də ölkədə hərbi əməliyyatlar davam etdirilir.

Rəsmi Dəməşq isə bundan əvvəl müxalifətin məğlub edildiyini bəyan edib.

Suriya Xarici İşlər Nazirliyinin sözçüsü Jihad Makdessi bildirib ki, normal həyat tərzi bərpa edilməyincə ordu şəhərlərdən çıxarılmayacaq.

Rusiya ilə Çin konfransda iştirak etmirlər.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 9 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG