Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:24

Myanmada keçirilən seçkidə müxalifət lideri irəlidə gedir


Myanmada keçirilən əlavə parlament seçkilərində müxalifət lideri Aung San Suu Kyi irəlidə gedir.

İlkin məlumata görə, o öz seçki dairəsində səslərin 65 faizini yığıb.

Amma bu məlumat hələlik rəsmi dairələr tərəfindən təsdiqlənməyib.

Deputatların bir çoxu başqa vəzifələrə keçdiklərinə görə hazırda parlamentdə 45 boş yer var.

Müxalifətdə olan Azadlıq uğrunda Milli Liqa son 20 ildə ilk dəfədir ki, seçkiyə buraxılır.

Myanma rəhbərliyi son illər bir sıra islahatlar həyata keçirib.

Ölkədə yeni konstitusiya qəbul edilib, hərbi hakimiyyət mülki hakimiyyətlə əvəz edilib, yüzlərlə siyasi məhbus azad edilib.
XS
SM
MD
LG