Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 10:56
Keçmiş dövlət müşaviri Vəfa Quluzadənin «Yol ayrıcında» adlı yeni kitabı işıq üzü görüb.

Kitaba onun müəllif məqalələri, xarici siyasət üzrə dövlət müşaviri olarkən, eləcə də 1999-cu ilin payızında vəzifəsindən istefa verdikdən sonrakı bəyanatları, müsahibələri, şərhləri daxil edilib.

Kitabda politoloqun Azərbaycan-Türkiyə, Azərbaycan-Amerika, Azərbaycan-Rusiya, Azərbaycan-İran əlaqələrinə dair fikirləri yer alıb, «Neft və demokratiya», Azərbaycanda daxili siyasi proseslərə baxışları əksini tapıb.

Müəllif kitabı vaxtsız vəfat etmiş oğlu Muradın xatirəsinə və Azərbaycan gəncliyinə həsr edib.

Kitab «Elm və təhsil» nəşriyyatında Azərbaycan dilində 1000 nüsxə tirajla dərc olunub və «Əli və Nino» mağazalar şəbəkəsində satışa çıxarılıb.

Bu, V.Quluzadənin ikinci kitabıdır. Onun ilk «Düşmənlər və dostlar arasında» adlı məqalələr və müsahibələr toplusu 2000-ci illərin əvvəllərində rus dilində dərc olunub.

Ön sözün müəllifi və kitabın redaktoru jurnalist Elşad Paşasoydur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG