Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Çində 1000-dən çox gənc həbs edilib


Çində internetlə ziyanlı materiallar yaymaqda şübhəli bilinən 1000-dən çox gənci həbs edib.

Sinxua agentliyi 200-dən çox bu cür materialın internetdən çıxarıldığını, 3 mindən çox saytın sahibinə xəbərdarlıq edildiyini xəbər verir.

Cümə günü 10-dan çox sayt bağlanıb.

Hakimiyyət bu addımı Pekinə ordu birləşmələri və hərbi texnika yeridilməsilə bağlı yayılmış məlumatlardan sonra atıb.

Bloqqerlər bunu hakimiyyətin yuxarı dairələrində mübarizə və dövlət çevrilişinə cəhdlə əlaqələndirirlər.

Çevriliş cəhdiylə bağlı şaiyə isə Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlərindən birinin korrupsiya ittihamıyla həbs edilməsi xəbərindən sonra yayılıb.
XS
SM
MD
LG