Münsiflər bu şeirləri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.
Səxavət Sahil
ƏLLƏRİN DARIXMASIN
Sıx bir-birinə,
möhkəm tut
darıxmasın əllərin.
Heç olmasa
özün aldat əllərini,
indidən öyrət yalana
çətin olar sonra-
Yarı yolda qoyar.
Tutmaq istəsən
kimisə əllərindən
sıxma bərkdən,
utanarsan əllərindən...
Ürəyə baxma
əlləri dəyişmək olmur.
Bilirsən ki,
əllər əvvəlcə toxunur
keçmirsə bədənə istilik,
çox axtarma səbəbin-
Günahkar əllər olur.
Sıx, bir birinə,
möhkəm tut
darıxmasın,
darıxmasın,
əllərin...
BİR AZ İŞIQ OL...
Bir az işıq ol
çox demirəm
bir az.
Lap bir anlıq
işığa bənzə
gözümdən işıq keçsin.
Nə danış, nə din
hərəkətsiz ol-
bir az işıq ol...
Heç nə istəmirəm-
nə sevgi,
nə bir xoş söz.
Sevəcəm sənə görə
dünyanı, həyatı.
Ona da razıyam
tam olmasan da
yarı qaranlıq ol,
yarı işıq ol.
Lap belə
bir dəqiqəlik,
bir anlıq ol
...amma
bir az işıq ol...
Səxavət Sahil
ƏLLƏRİN DARIXMASIN
Sıx bir-birinə,
möhkəm tut
darıxmasın əllərin.
Heç olmasa
özün aldat əllərini,
indidən öyrət yalana
çətin olar sonra-
Yarı yolda qoyar.
Tutmaq istəsən
kimisə əllərindən
sıxma bərkdən,
utanarsan əllərindən...
Ürəyə baxma
əlləri dəyişmək olmur.
Bilirsən ki,
əllər əvvəlcə toxunur
keçmirsə bədənə istilik,
çox axtarma səbəbin-
Günahkar əllər olur.
Sıx, bir birinə,
möhkəm tut
darıxmasın,
darıxmasın,
əllərin...
BİR AZ İŞIQ OL...
Bir az işıq ol
çox demirəm
bir az.
Lap bir anlıq
işığa bənzə
gözümdən işıq keçsin.
Nə danış, nə din
hərəkətsiz ol-
bir az işıq ol...
Heç nə istəmirəm-
nə sevgi,
nə bir xoş söz.
Sevəcəm sənə görə
dünyanı, həyatı.
Ona da razıyam
tam olmasan da
yarı qaranlıq ol,
yarı işıq ol.
Lap belə
bir dəqiqəlik,
bir anlıq ol
...amma
bir az işıq ol...