Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 19:15

FHN Akademiyasına kursant qəbulu qaydaları açıqlanıb


Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına 2012/2013-cü tədris ili üçün əyani təhsil üzrə kursant (müdavim) qəbulu qaydaları açıqlanıb.

FHN-dən «AzərTAc»a bildiriblər ki, namizədlər boyu azı 160 sm, tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı, yaxud müddətli həqiqi hərbi xidmət keçmiş 23 yaşınadək vətəndaşlar sırasından seçilir.

Namizədlər xüsusi həkim ekspertiza komissiyasında, həmçinin fiziki hazırlıq və seçmə komissiyalarında yoxlamalardan keçməlidirlər.

Yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdiriləcək və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarında iştirak edəcəklər.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində pulsuz yemək, xüsusi geyim forması, yataqxana ilə təmin olunacaq və təqaüd alacaqlar.

Təhsil müddəti 4 ildir və təhsil Azərbaycan dilində aparılır.

Sənədlər aprelin 1-dən 30-dək (bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək FHN-in Akademiyasında (Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi) qəbul ediləcək.
XS
SM
MD
LG