Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:09

Amerikanın ən ucaboy adamına axır ki ayaqqabı pulu yığıldı!


Vovkovinski prezident Barak Obamanın tərəfdarıdır, Obama ilə görüşür. Minnesota, 12 sentyabr 2012
Vovkovinski prezident Barak Obamanın tərəfdarıdır, Obama ilə görüşür. Minnesota, 12 sentyabr 2012
Axır ki, Amerikanın ən ucaboy adamı üçün ayaqqabı pulu yığıldı.

Bu haqda İqor Vovkovinskinin özü bloqunda məlumat verib.

İqorun problemindən xəbər tutan amerikalılar ümumilikdə onun hesabına 35 min dollar pul köçürüblər.

Ukrayna əsilli İqorun ayaqları bədəninin ağırlığı altında deformasiyaya uğradığından indiyəcən 16 cərrahiyyə əməliyyatı keçirib.

Hipofizindəki şiş uşaqlıqdan onun boyunun normadan xeyli artıq uzanması ilə nəticələnib.

İqor deyir ki, ailəsi Amerikaya köçəndə 7 yaşı varmış və o zaman artıq boyu valideynlərini keçibmiş – 1 metr 80 santimetr imiş.

İndi isə 29 yaşlı İqorun boyu 2 metr 34 santimetrdir.

İqor on-line təhsil alır, hüquqşünas olmaq istəyir

Heç bir şirkət onun ayağına olacaq ölçüdə ayaqqabı istehsal etmir. Azərbaycanda istifadə edilən sistemlə onun ayağının ölçüsü təxminən 60-dır.

Üstəlik ayağı elə deformasiyaya uğrayıb ki, hətta bu ölçüdə ayaqqabı istehsal edilsə belə, işə yaramaz.

Çünki ayaq deformasiyaya uğrayıb.

İqor ona məxsusi ayaqqabının tikilməsi üçün bir neçə şirkətə müraciət edib, yalnız
“Reebok” şirkətindən müsbət cavab alıb.

Amma məlum olub ki, onun üçün xüsusi ayaqqabının 1 cütü 16 min dollara başa gələcək.

Amma həmin qəlibdən çıxacaq sonrakı cütlərin hər birinin qiyməti 200 dollar olacaq.

Bu qədər pul isə tələbənin cibinə uyğun deyildi.

Amma köməyə yerli televiziya çatıb

İqorun problemi haqda reportaj gedəndən sonra xeyli sayda insan ona kömək əli uzatmaq niyyətini bildirib.

Iqor deyir ki, ona yardım edənlərə çox minnətdardır və “insanların şəfqət hissi onu heyrətə salıb”.

Vovkovinski anormal boyuna və çəkisinə görə səhhətində problem yaranan yeganə şəxs deyil.

Dünyanın ən hündür adamı – türkiyəli Sultan Kosenin boyu 2 metr 51 sm-dir.

O yerimək üçün əl ağaclarından istifadə edir. Çünki oynaqları və əzələləri çəkisinə dözmək gücünə malik deyil.

İllinoysdan olan Robert Pershing Wadlow isə tarixdə ən hündürboylu adam sayılır.

Onun boyu 2 metr 72 santimetr olub.

Robert Pershing Wadlow 1940-cı ildə cəmi 22 yaşında vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG