Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:07

Mingəçevir Su Elektrik Stansiyasında qəza baş verib


Martın 30-da Mingəçevir Su Elektrik Stansiyasında daxili təmir işləri zamanı qır qazanı aşıb. Bu barədə AzadlıqRadiosuna Mingəçevir Şəhər Polisindən məlumat verilib. Qəza stansiyanın çilingəri Pərviz Cabbarovun ölümünə səbəb olub. Stansiyanın digər işçisi Cuma Süleymanov isə xəsarət alıb. O hazırda Mingəçevir Şəhər Xəstəxanasındadır.
Yerli media yazır ki, qır qazanının aşması Su Elektrik Stansiyasında partlayışa səbəb olub. Mingəçevir polisi isə belə hadisənin qeydə alınmadığını bildirib.
XS
SM
MD
LG