Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:53

Gəncədə sayca 3-cü Bayraq meydanı inşa edilir


Gəncədə sayca 3-cü bayraq meydanı tikilir. Bu bayraq Gəncənin Bakı istiqamətində girişində dalğalanacaq.
Məlumatı Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyinin sədri Elgün Məmmədov verib. Onun sözlərinə görə, bayraq 70 metr hündürlükdə dalğalanacaq. (16x30 metr ölçüdə)
Meydanın qarşısında Gəncənin Şərq istiqamətində girişində Gəncə qapıları və qala kompleksi də tikilir. Hazırda bayraq meydanının tikintisi aparılır. Kompleks isə ilin sonunadək tikiləcək.
Elgün Məmmədov deyir ki, üçüncü bayraq meydanı tikildikdən sonra şəhərin Şəmkir və Göygöl istiqamətlərindəki girişlərində də qala kompleksləri inşa olunacaq və onların qarşısında da bayraq meydanları salınacaq.
Hazırda Gəncədə ən böyük bayraq Gəncəçayının sağ sahilində 100 metr hündürlüyündə dalğalanır. İkinci bayraq meydanı Gəncə şəhər İcra Hakimiyyəti binasının yanında tikilib.
XS
SM
MD
LG