Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Həbsxanadakı yanğında azı 13 adam ölüb


Hondurasın şimalında San-Pedro Sul şəhərindəki həbsxanada yanğın olub. Yanğın nəticəsində azı 13 adam ölüb. Yanğın həbsxanada məhbuslar arasında baş verən qarşıdurmadan sonra baş verib.

Hondurasın təhlükəsizlik naziri Pampeo Bonilla bildirib ki, baş verən hadisə ölkə həbsxanalarındakı ağır vəziyyətin göstəricisidir.

Bir ay əvvəl başqa bir şəhərdə Komayagua həbsxanasındakı yanğın nəticəsində 360 adam ölmüşdü.
XS
SM
MD
LG