Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 00:54

Britaniya Suriya müxalifətinə yardımı artıracaq

Böyük Britaniya Suriya müxalifətinə maliyyə yardımının həcmini artıracaq.
Bunu Britaniyanın xarici işlər naziri William Hague deyib.

Bildirib ki, əlavə 500 min funt Suriyadakı və başqa ölkələrdəki vətəndaş cəmiyyəti təşkilatları üçün ayrılacaq.

Britaniyanın xarici işlər naziri Suriya hakimiyyətinin BMT və Ərəb Dövlətlərinin xüsusi nümayəndəsi Kofi Annanın sülh planını qəbul etməsini alqışlayıb.
This item is part of
XS
SM
MD
LG