Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Mohammed Mera Əlcəzairdə dəfn edilməyəcək


Əlcəzairin hakim dairələri Fransada 7 nəfəri qətlə yetirmiş Mohammed Meranın bu ölkədə dəfninin mümkünlüyünü rədd edib.

Fransa vətəndaşı olan Mera əslən Əlcəzairdəndir.

Ailəsi bundan əvvəl bildirib ki, onun cəsədi dəfn edilmək üçün cümə axşamı Fransadan Əlcəzairə gətirilməlidir.

Amma məlumatlara görə Əlcəzair hakimiyyəti təhlükəsizlik baxımından buna icazə verməyib.

Fransadakı müsəlman şurası Meranın çox güman ki, Tluzada dəfn olunacağını deyir.

Amma Frans-Presin məlumatına görə şəhər meri buna qarşıdır.
XS
SM
MD
LG