Keçid linkləri

2026, 14 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 00:47

Sergey Lavrov Azərbaycana gəlir

 Sergey Lavrov
Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 3-4-də Azərbaycana səfərə gələcək.

ANS PRESS-in Rusiya XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, o səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Danışıqlar zamanı iki ölkə arasındakı münasibətlər vəi əlaqələrin inkişafı müzakirə ounacaq.

Məlumatda bildirilir ki, səfər iki ölkə arasındakı diplomatik münasibətlərin 20 illiyilə bağlıdır.
This item is part of
XS
SM
MD
LG