Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:52

Bağdadda Ərəb Dövlətləri Liqasının sammiti başlanıb


Bağdadda Ərəb Dövlətləri Liqasının Suriya ilə bağlı sammiti başlanıb.

BMT-nin baş katibi Ban Ki Moon sammitdə çıxış edərkən deyib ki, dünya Suriya rəhbərliyindən vəd yox, konkret hərəkət gözləyir.

Sammitdə Küveytin əmiri Sabah əl Əhməd əl Sabah da daxil olmaqla Ərəb Dövlətləri Liqası ölkələrinin liderləri və BMT-nin baş katibi Ban Kİ Moon iştirak edir.

Məlumatlara görə sammitin keçirildiyi yaşıl zonanın yaxınlığında 3 partlayış törədilib.
İtki və dağntılar barədə məlumat verilmir.

Sammit iştirakçılarının Suriyada münaqişə tərəflərini atəşi dayandırmağa çağıracaqları gözlənilir.

Amma şərhçilər hesab edir ki, prezident Bashar Assadın istefası səslənməyəcək.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 9 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG