Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:34

İsveçin müdafiə naziri istefa verib


İsveçin müdafiə naziri Sten Tolgfors istefa verib.

Buna səbəb ölkənin Səudiyyə Ərəbistanında hərbi zavodun tikintisində iştirakının mümkünlüyü ilə bağlı yaranmış qalmaqal olub.

Dövlət radiosunun yaydığı məxfi sənəddə görə ölkə hərbçiləri Səudiyyə Ərəbistanında silah zavodunun tikintisinə köməklə bağlı bağlı danışıqlar aparır.

İsveçdə Səudiyyə Ərəbistanına hərbi avadanlıqların ixracı qadağan deyil.

Amma danışıqların məxfi xarakter daşıması siyasi və ictimai dairələrdə tənqidlə qarşılanıb.

İdarəsinin mövqeini müdafiə edən Tolqfors isə danışıqların hərbi əməkdaşlıq sahəsindəki
ikitərəfli razılaşma çərçivəsində aparıldığını deyir.

Müxalifət hesab edir ki, İsveç dikdatura rejimini dəstəkləməməlidir.
XS
SM
MD
LG