Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 17:44

Roma papası Kuba üçün dua edəcək


Kubaya səfərini başa vurmuş Roma papası XVI Benedikt ABŞ-ın bu ölkəyə iqtisadi sanksiyalar tətbiq etməsini pisləyib.

Papa həmçinin kubalıları açıq cəmiyyət qurmağa çağırıb.

O səfər zamanı açıq havada ibadət mərasimi keçirib, prezident Raul Castro və onun qardaşı, keçmiş prezident Fidel Castro ilə görüşüb.

Papa kubalılarla vidalaşarkən Kubanın azad və ədalətli bir ölkə olması üçün dua edəcəyini deyib.
XS
SM
MD
LG