Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:54

Şamaxının Muğanlı kəndi başqa əraziyə köçürülə bilər


Foto: Arxiv
Foto: Arxiv
Bu barədə jurnalistlərə Şamaxıda və Ağsuda olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib.

Muğanlı kəndində təxminən 46 ev aktiv sürüşmə zonasında yerləşir.

Onlardan bir neçəsinin dağıldığını deyən nazir digər evlərin qəzalı vəziyyətdə olduğunu bildirib.

Aidiyyəti qurumların iştirakı ilə aparılan müzakirələr zamanı Muğanlı kəndinin başqa bir yerə köçürülməsi barədə ilkin qərar qəbul olunub.

K.Heydərov bu barədə yekun qərarın yaxın günlərdə açıqlanacağını deyib.

Ötən əsrin 80-ci illərindən Muğanlı kəndində sürüşmə prosesi başlayıb.

Muğanlı ərazisində əvvəldən 14 ev qəzalı vəziyyətdə olub. Son aktivləşmə nəticəsində isə 32 ev üçün təhlükəli vəziyyət yaranıb. Onlardan 8-i tamamilə qəzalı vəziyyətdədir.

Həmin evlərin sakinləri kənd ərazisində yaşayan yaxın qohumlarının evinə köçüb.

Bakı-Şamaxı-Yevlax yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin yolun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb.

Bununla əlaqədar olaraq İsmayıllı-Ağsu aşırımı yolunda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb, yol tamamilə bağlanıb. /Trend/
XS
SM
MD
LG