Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:12

Kanalizasiya tenderi


Arxiv foto
Arxiv foto
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!

Sayı: 27 (20.432) 10 fevral 2012


MƏRKƏZİ UŞAQ XƏSTƏXANASINDA SEMİNAR

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında «Yeni doğulmuşlar, onlara göstərilən tibbi xidmətin vəziyyəti, perinatal patologiyalar, problemlər və qarşıda duran vəzifələr» mövzusunda seminar keçirilmişdir.

Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov tədbirin keçirilməsində əsas məqsədin yeni doğulmuşlara tibbi xidmətin vəziyyətini yaxşılaşdırmaq, onlara göstərilən patronaj xidmətinin vəziyyətini nəzarət altında saxlamaq, bu sahədə sənədləşmə işlərini dürüstləşdirmək, risk qrupuna aid olan fertil yaşlı qadınların hamiləliyə qədər patronajına nəzarəti artırmaq, onların dispanserizasiyasını aparmaq və bu qrupdan olan qadınlarda perinatal patologiyaların profilaktikası istiqamətində tədbirləri gücləndirməkdən ibarət olduğunu bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımım təşkili şöbəsinin baş məsləhətçi – pediatrı İbrahim Ağayev, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Yaşar Həsənov məruzələr ətrafında müzakirələrdə iştirak etmiş, verilən suallar cavablandırılmışdır. Tədbirdə mövzu ilə bağlı videomateriallar və slaydlar nümayiş olunmuşdur.


AZƏRBAYCANIN NAXÇIVAN MUXTAR RESPUBLİKASI İLƏ İRAN İSLAM RESPUBLİKASI ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR

Hər il fevral ayının 11-i İran İslam Respublikasında Milli Bayram – İslam İnqilabı Günü kimi qeyd olunur. 33 il bundan əvvəl, 1979-cu il fevral ayının 11-də İran xalqı öz müqəddəratını təyin etmiş, İran İslam Respublikası yaranmışdır.

Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisini Sədri Vasif Talıbov İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin osmandarı Vəhid Cəlilzadənin dəvəti ilə Qərbi Azərbaycan vilayətinə səfəri çərçivəsində «Ölkənin kooperasiya müəssisələrinin imkanları» beynəlxalq sərgisinin açılış mərasimində iştirak etmiş və tərəflər arasında «Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti arasında iqtisadi və mədəni sahələrdə əməkdaşlıq haqqında Memorandum» imzalanmışdır.

TENDERƏ DƏVƏT

Təkliflərin son təqdim etmə tarixi: 30 mart 2012-ci il, saat 10-00(Bakı vaxtı ilə)
Azərbaycan Respublikası Hökuməti «Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı – Layihə 2»nin icrası üçün xərclərin ödənilməsi məqsədi ilə Asiya İnkişaf bankından kredit almışdır. Bu kreditin bir hissəsi yuxarıda adı çəkilən müqavilə üzrə ödənişlər üçün istifadə olunacaqdır. «Keçdi / Keçmədi» əsaslı uyğunluq şərtləri 3-cü bölmədə «Tender sənədlərinin qiymətləndirilməsi və ixtisas uyğunluğu kriteriyası» başlığı altında göstərilib...

DİGƏR MƏQALƏ BAŞLIQLARI

- «Şəfa» özəl tibb mərkəzi
- Komissiyanın növbəti seminarının ünvanı Yengicə kəndi idi
- Naxçıvan Qızlar liseyinin binası istifadəyə verilmişdir
XS
SM
MD
LG