Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:39

Respublikaçılar Mitt Rmney ətrafında birləşir


Keçmiş ABŞ prezidenti ata Ceorgi Bush Respublikaçılar partiyasından prezidentliyə namizədlikdə Mitt Romneyin tərəfini saxlamaq fikrindədir.

Massaçusets ştatının keçmiş qubernatoru Romney cümə axşamı Huystonda onunla Bush arasında görüş olacağını və mətbuat üçün birgə bəyanat verəcəklərini deyir.

Ata Georgi Bush seçkiqabağı kompaniyalar zamanı dəfələrlə Romneyin ünvanına xoş sözlər desə də rəsmi olaraq onu hələlik dəstəkləməyib.

Analitiklər hesab edir ki, keçmiş prezidentin rəsmi dəstəyi respublikaçıların Romney ətrafında birləşməsindən xəbər verir.

ABŞ-da növbəti prezident seçkisi bu ilin noyabrında keçiriləcək.
XS
SM
MD
LG