Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:07

Azərbaycan kubokunun yarımfinalçıları bəlli oldu


Foto arxiv
Foto arxiv
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin təkrar oyunlarından sonra yarımfinalçılar bəlli olub.

Səfərdə "Qəbələ" ilə 2:2 edən "Qarabağ" növbəti mərhələyə keçib.

Bu komandaların Quzanlıdakı ilk oyunu 0:0 olub.
Yarımfinalda "Qarabağ"ın rəqibi olacaq "Bakı" isə ilk oyunda 3:1 hesabı ilə məğlub etdiyi
AZAL-ı səfərdə də 2:1 hesabıyla məğlub edib.

Yarımfinaldakı digər oyunda "Neftçi" ilə "İnter" qarşılaşacaq.

"Neftçi" ilk oyunda səfərdə 2:1 hesabı ilə məğlub etdiyi "Kəpəz"lə bərabərə heç-heçə 1:1
oynayıb.

"İnter"i isə ilk qarşılaşmada 3:2 hesabı ilə məğlub etdiyi "Xəzər Lənkəran"la səfərdə 1:1 oynayıb.

Yarımfinalın ilk oyunları aprelin 18-də, cavab görüşləri isə aprelin 25-də olacaq.

Final mayın 17-də, "Dalğa Arena" stadionunda keçiriləcək.
XS
SM
MD
LG