Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Əfqanıstan rəsmisi İran prezidentini ittiham edib


Əfqanıstan müstəqil ölkədir və İranla ABŞ arasında döyüş meydanına çevrilmək istəmir.

Bunu AzadlıqRadiosuna müsahibəsində prezident Hamid Karzainin rəsmi nümayəndəsi Aymal Faiz bildirib.

İran prezidenti Mahmud Ahmadinejad bazar ertəsi Düşənbədə keçirilən regional konfransda deyib ki, Əfqanıstandakı bütün problemlərin səbəbi bu ölkədə NATO və ilk növbədə ABŞ qüvvələrinin olmasıdır.

Əfqanıstan senatının nümayəndəsi Fazal Hadi Muslimyar çərşənbə axşamı Ahmedinejadı Əfqanıstanın daxili işlərinə açıq şəkildə qarışmaqda ittiham edib.
XS
SM
MD
LG