Keçid linkləri

2026, 14 Avqust, cümə, Bakı vaxtı 05:07

Bolqarıstan Rusiya ilə atom elektrik stansiyası tikməyəcək

Bolqarıstan Belen şəhərindəki atom elektrik stansiyasının tikintisində Rusiyanın “Atomstroyeksport” şirkətilə əməkdaşlığı dayandırıb.

Bu barədə ölkənin baş nazoro Boyko Borisov məlumat verib.

Buna səbəb layihənin bahalığıdır.

Borisov qeyd edib ki, Bolqarıstan stansiyanın artıq tikilmiş 1-ci reaktoru üçün lazım olan məbləği Rusiyaya ödəyəcək.

O məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etdiyini bildirib.

Borisov ümid edir ki, bu Rusiya ilə Bolqarıstan arasındakı dostluq münasibətlərinə xələl gətirməyəcək.
This item is part of
XS
SM
MD
LG