Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:37

Human Rights Watch Əfqanıstanda qadınların hüquqlarından narahatdır


Hzırda Əfqanıstan həbsxanalarında zorakılıq və ərinə xəyanətə görə evdən qaçan 400 qadın var.

Bu barədə Human Rights Watch təşkilatının yaydığı məlumatda bildirilir.

Təşkilat Əfqanıstanda cinayət hüququ sisteminin olduqca geridə qaldığını deyir.

Təşkilatın nümayəndəsi Kennet Roth çərşənbə günü Kabildə çıxış edərkən deyib ki, qadınlar evlərdə zorakılığa məruz qalır, seksual problemlərlə üzləşirlər, öz hüquqlarını müdafiə edən də isə məhkəmə orqanları onların şikayətinə məhəl qoymur.

Hesabat həbsə atılmış 58 qadın arasında keçirilmiş sorğu əsasında hazırlanıb.
XS
SM
MD
LG