Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 22:03

Liviyadakı toqquşmalarda 37 nəfər ölüb

Liviyanın cənubunda tayfalar arasında baş verən iki günlük toqquşma nəticəsində 37 nəfər ölüb, 120 nəfər yaralanıb. “Əl-Cəzirə” telekanalının məlumatına görə, münaqişə tabu tayfası ilə iki ərəb tayfası arasında olub.

Bəzi məlumatlara görə, münaqişəyə səbəb tayfalardan birindən oğurlanmış dövlət məmurunun öldürülməsi, ya da torpaq bölgüsü səbəb olub.

Qaddafinin devrilməsindən sonra Liviyanı idarə edən Milli Keçid Şurası hələ də ölkədəki silahlı qruplaşmalara tam nəzarət edə bilmir.
This item is part of
XS
SM
MD
LG