Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:25

Roma papası XVI Banedikt Raul Castro ilə görüşüb


Kubada səfərdə olan Roma papası XVI Banedikt prezident Raul Castro ilə görüşüb.

Görüşdə əsasən 50 ildən çoxdur ki, Kubanı idarə edən kommunist rejimilə katolik kilsəsi arasındakı münasibət müzakirə olunub.

Papa səfərin ilk günü inaclı kubalıları yeni və açıq cəmiyyət qurmağa çağırıb.

Bundan az sonra Kubanın vitse-prezidenti Marino Murilo çıxış edərək bildirib ki, ölkə rəhbərliyi siyasi islahatlar keçirmək fikrində deyil, sadəcə Sosialismin Kuba modelini möhkəmləndirmək naminə iqtisadi dəyişikliklər edir.
XS
SM
MD
LG