Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:41

Yeni Gənclər koalisiyası yaradılıb


İki gənclər təşkilatı birləşərək Vətəndaş Koalisiyası yaradıb. Bunlar Gənclər Klubu İctimai Birliyi və Bütöv Azərbaycan Gənclər Təşkilatıdır. Bu haqda AzadlıqRadiosuna koalisiyanın yaradıcılarından biri Zaur Əkbər deyib.

«Vətəndaş Koalisiyasının əsas şüarı belədir: «Azad vətəndaş naminə». Biz Azərbaycanda yeni siyasi güc mərkəzi yaratmaq iddiasındayıq. Regiondakı gənclərlə görüşəcək, əlaqələr quracağıq. Ölkədə ictimai nüfuza malik ziyalıların da prosesə qoşulacağını gözləyirik».

Zaur Əkbər deyir ki, Koalisiya 28 mayda Ankarada bayram yürüşü keçirməyi planlaşdırır.
XS
SM
MD
LG