Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Bəhruz Bəhmənoğlu. Zərərli vərdiş (20-likdən)


Martın 27-də "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyi açıqlanır (ƏTRAFLI).


Bəhruz Bəhmənoğlu


ZƏRƏRLİ VƏRDİŞ

Sevgi –
zərərli vərdişimdir mənim.
Siqaret kimi, araq kimi,
narkotik kimi,
qumara maraq kimi.

Sevgi –
Zərərli vərdişimdir mənim.
Siqareti tərgizə bilməyənlər kimi
tüpürüb ata bilmirəm,
hər axşam “çəkməsəm”
yata bilmirəm.

Sevgi – araq kimidir
Allahın günaha yazmadığı araq.
“içməyəndə” beynim
narahat olur.
İçib sərxoş oluram,
həyat bir ayrı həyat olur.

Sevgi –
Zərərli vərdişimdir mənim.
Narkotik kimidir,
damarlarıma vurmuşam,
iynəsinə oturmuşam.
Olmasa əlim-ayağım əsir,
bədənimi ağrı bürüyür…
Vururam,canım çürüyür.

Sevgi –
qumar kimidir,
hər şeyimi uduzmuşam.
Gəncliyimi,qürurumu,
mənliyimi.
Amma yenə əlimə
bir – iki ümid düşən kimi
qaçıb otururam masaya,
yenə uduzuram,
yenə qayıdıram hər şeyə
söyə - söyə.

Sevgi –
zərərli vərdişimdir mənim,
ömrümü alıb gedir.
“Səhiyyə nazirliyi
xəbərdarlıq edir,
sevmək sizin sağlamlığınız üçün
təhlükəlidir!”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG