Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:30

«AzTv»dən işdən çıxarılanların işinə Ali Məhkəmədə baxılıb


Martın 27-də Ali Məhkəmədə «AzTv»dən işdən çıxarılan əməkdaşlar—Bəsti Şiriyeva və Nərgiz Cabbarlının vəsatətinə baxılıb.

Məhkəmə «AzTv»nin xeyrinə qərar çıxarıb.

Ötən ilin iyununda Apelyasiya Məhkəməsi də qərarı təsdiqləmişdi.

Xatırladaq ki, 2008-ci ilin martın 31-də hər iki şəxsin işdən çıxarılmasıyla bağlı əmr imzalanıb, amma əmri onlara 2009-cu il oktyabrın 13-də veriblər.

İşə götürülərkən bağladıqları müddətsiz əmək müqaviləsi müddətli müqavilə ilə əvəzlənib.

«AzTv»nin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirildi ki, əməkdaşlarla əmək müqaviləsinin müddəti başa çatdığından onlara xəbərdarlıq olunub və bu məhkəmə yolu ilə sübut olunub.

Zərərçəkənlər AzadlıqRadiosuna Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirib.
XS
SM
MD
LG