Keçid linkləri

2025, 26 İyun, Cümə axşamı, Bakı vaxtı 14:29

İctimai Palata mitinq üçün meriyaya müraciət edib


İctimai Palata aprelin 8-ə təyin etdiyi mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

İctimai Palatanın katibi Gülağa Aslanlının verdiyi məlumata görə, İcra Hakimiyyətindən «Təbriz» və «Nərimanov» kinoteatrlarından birinin qarşısı saat 16.00-dan 18.00-a qədər mitinq keçirilməsi üçün istənilib.

Mitinqdə «Qarabağa azadlıq!», «Yeni parlament seçkiləri keçirilsin!», «Korrupsiyaya və rüşvətə yox!», «Siyasi məhbuslara azadlıq» şüarları səsləndiriləcək.
XS
SM
MD
LG