Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:31

Rusiyalı nənələr Bakı səhnəsinə soba ilə çıxacaqlar


«Buranovskiye babuşki» qrupu 40 il əvvəl yaranıb
«Buranovskiye babuşki» qrupu 40 il əvvəl yaranıb
Bakıda keçiriləcək «Eurovision 2012» mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək «Buranovskiye babuşki» qrupunun üzvləri Bakıya sobaları ilə birlikdə gəlirlər.

Eurovision.az saytının xəbərinə görə, Rusiya təmsilçiləri Bakı səhnəsinə dekorativ soba ilə çıxacaqlar. Sobanın dekorativ olmasına baxmayaraq, nənələr «Eurovision 2012» ərəfəsində bütün təmsilçiləri öz bişirdikləri piroqa qonaq etmək niyyətindədirlər.

Rusiya təmsilçiləri Bakıdakı şouya səhnəyə öz milli geyimlərində çıxacaqlarını bildiriblər. «Buranovskiye babuşki» qrupunun səhnə geyimlərində bahalı zinət və aksesuarlardan deyil, qədim əşyalardan və baş örtüklərindən istifadə olunacaq.

«Buranovskiye babuşki» qrupu 40 il əvvəl yaranıb. Qrup 8 nəfərdən ibarətdir. Onların ən gəncinin 43, ən yaşlısının isə 76 yaşı var. Qrupun repertuarında ingilis dilində də mahnılar var. Onlar müxtəlif ölkə hitlərini udmurt dilində də ifa edirlər.

Nənələr 2010-cu ildə də Rusiyanı «Eurovision»da təmsil etmək məqsədi ilə milli seçimlərdə mübarizə aparıblar. Arzuları isə 2012-ci ildə gerçəkləşib. Qrup üzvləri Bakıda «Party for Everybody» mahnısını oxuyacaqlar.
XS
SM
MD
LG