Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:39

Obama və Medvedevin söhbətləri açıq mikrofona düşüb


Barak Obama və Dmitri Medvedev,Seul. 26 Mart 2012
Barak Obama və Dmitri Medvedev,Seul. 26 Mart 2012
Martın 26-da ABŞ və Rusiya prezidentləri Barack ObamaDmitri Medvedev Seulda ikilikdə söhbət edərkən jurnalistlərin onları eşidəcəyindən xəbərsiz idilər.

«ABC News» onların söhbətinin sonunu göstərən video yayımlayıb.

Söhbət belə olub:

Obama: Bütün bu məsələlər, əsasən də raketdən müdafiə məsələsi həll oluna bilər, amma mənə zaman vermək onun özü üçün vacibdir.

Medvedev: Bəli, Başa düşürəm. Kosmos barədə, sizə zaman barədə mesajınızı anlayıram.

Obama: Bu, mənim sonuncu seçkimdir. Seçkidən sonra mənim daha çox rahatlığım var.

Medvedev: Başa düşürəm, bu məlumatı Vladimirə çatdıracağam.

Siyasi şərhçilər hesab edir ki, Obamanın noyabrdakı seçkilərdə qələbəyə qəti əminliyində və Moskva ilə daha iltifatlı davranışında potensial təhlükə var. Beləcə həm respublikaçı rəqibləri, həm də ümumiyyətlə ona qarşı çıxanların əlinə fürsət düşür. Məsələn, «Seçkidən sonra daha çox rahatam» sərlövhələri bir günün içində çox sürətlə yayılıb.

Medvedevin özünü aparmasına gəlincə, onun sərt tənqidçiləri hesab edirlər ki, bu davranış göstərir ki, o, Putinin buyruq quludur.

«ABC News»un yaydığı məlumatda göstərildiyi kimi, Obamanın «mənə yer verməsi onun özü üçün əhəmiyyətlidir» cümləsilə fikirlərini açıq-aydın Putinə ötürdüyü bəlli olur.

Medvedevin baş nazir postuna transferə hazırlaşdığı dövrdə yerli rəqiblərinin «Bu məlumatı ona çatdıracağam» məsələsini necə istifadə edəcəklərini də görmək maraqlıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG