Keçid linkləri

Təcili xəbərlər
2023, 29 May, Bazar ertəsi, Bakı vaxtı 05:58

Transseksual gözəllik yarışmasından çıxarıldı


Jenna Talackova
Kanada Kainat Gözəli yarışmasının finalına çıxan Jenna Talackovanın əslində kişi olduğu bilinincə yarışmadan uzaqlaşdırılıb.

Müsabiqənin direktoru Denis Davila bildirib ki, onlar Talackovanın «real qız» hesab ediblər. Yarışmanın qaydalarına görə, iştirakçılar «təbii, yəni doğuşdan qadın» cinsiyyətinə malik olmalıdırlar.

Davila həmçinin onu da bildirib ki, qeydiyyat zamanı Talackova qadın olaraq dünyaya gəldiyini göstərib. Yarışmaçının kişi olduğu və cərrahiyyə əməliyyatı nəticəsində cinsini dəyişdiyi aşkarlandığı gündəcə birinciliyi əlindən alınıb.

2010-cu ildə verdiyi müsahibədə Talackova demişdi ki, o özünün qadın olduğunu 4 yaşında bilib və 14 yaşında hormon terapiyasına başlayıb. Cinsiyyətini isə 19 yaşında dəyişdirib.

Yarışmadan atılması ilə əlaqədar Talackova açıqlayıb ki, o, «geri çəkilmir» və hazırda vəkillə məsləhətləşir. Bu arada isə onun fotoları müsabiqənin internet səhifəsindən yığışdırılıb və yeri başqa qadına verilib.

Xəbəri «The Huffington Post» nəşri yayıb.
XS
SM
MD
LG